Gün ərzində 36 cinayət faktı qeydə alınmışdır
03.03.2008- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmışdır ki, onların da 29-u "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır. - 4 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 11 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 45 nəfər tutulmuşdur.