DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
03.03.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron RPŞ əməkdaşları Xırdalan şəhər sakini Sənan Talıbovdan 0,254 qram heroin, Dəvəçi RPŞ əməkdaşları rayon sakini Mirzəağa Məmmədovdan 1,7 qram, evinə baxış zamanı isə 1 qram heroin, Kürdəmir RPŞ əməkdaşları rayon sakini İlham Səlimovdan 62 qram tiryək götürmüşlər, Əzizbəyov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Mustafayevdən 0,08 qram heroini satarkən tutulmuşdur, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini Elçin Nəsrullayev 57 qram marixuananı satarkən tutulmuş, onun üstünə baxış zamanı əlavə 7 qram marixuana aşkar edilərək götürülmüşdür. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Mahir Xudaquliyevdən 0,518 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Şəki şəhər sakini Elşən Yusubov tutulmuş və ondan 2,679 qram heroin götürülmüşdür. E.Yusubova narkotik vasitənin Bərdə rayon sakini Yusif Musayevin vasitəçiliyi ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şərif Məmmədov tərəfindən verilməsi müəyyən edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədov narkotik vasitənin satışından əldə etdiyi pulu Yusifin oğlu Rüfətə verərkən tutulmuşlar. Ş.Məmmədovun üstünə baxış zamanı 7,081 qram, evindən isə əlavə 27,779 qram heroin aşkar edilərək götürülmüşdür.