Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini Q.Hüseynov saxlanılmışdır

08.11.2020

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masazır qəsəbə sakini, əvvəllər məhkum olunmuş Q.Hüseynov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 10 qram heroin götürülmüşdür.
Davam etdirilən tədbirlərlə Q.Hüseynovu evinə gətirmiş F.Salmanovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı oradan da Q.Hüseynova məxsus 135 qramdan artıq heroin, 600 qrama yaxın tiryək, 857 qram metamfetamin, 4 ədəd  metadon həbləri və 4 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.