Narkotik vasitə ilə tutulmuş E.Məmmədovun törətdiyi digər cinayət əməlləri müəyyən edilmişdir
08.11.2020Narkotik vasitə ilə tutulmuş E.Məmmədovun ətrafında Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının aparıldıqları əməliyyat tədbirləri ilə onun paytaxtın Sabunçu , Nizami, Nəsimi və Nərimanov rayonları ərazisində daha 5 nəfərə məxsus içərisində pul və sənəd olan pulqabıları oğurlaması da müəyyən edilmişdir.