Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində "Daewoo" markalı avtobusla yolu keçən qəsəbə sakini M.Həsənalıyev vurulmuşdur
27.10.2020Oktyabrın 27-də saat 21 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini V.Məmmədov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən qəsəbə sakini Müşfiq Həsənalıyevi vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.