Masallı rayon sakini V.Əbilovun evində oğurluq törətməkdə şübhəli bilinən A.Həbibov saxlanılmışdır
27.10.2020Oktyabrın 25-də Masallı rayonunun Şərəfə kənd sakini V.Əbilov RPŞ-yə müraciət edərək evində qonaq olan M.Şükürovun 150 manat və 500 ABŞ dolları pulunun, digər qonaq E.Novruzovun isə 3 ədəd mobil telefonunun və geyim əşyalarının oğurlandığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həbibov müəyyən edilərək saxlanılmışdır.