Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Kazımov müəyyən edilərək saxlanılmışdır
22.10.2020Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Məmmədov oktyabrın 11-dən 22-dək olan müddətdə H.Seyidzadə küçəsindəki avtomobillərin təmiri sexlərinin birindən “QAZ-21105” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş S.Kazımov müəyyən edilərək saxlanılmışdır.
Araşdırma aparılır.