Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Astara rayon sakini M.Həkimovun evindən 5 kiloqram 288 qram marixuana aşkar edilərək götürülmüşdür

22.10.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Səpnəkəran kənd sakini, əvvəllər məhkum olunmuş P.Həsənov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan marixuana götürülmüşdür.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Astara rayon sakini M.Həkimov da polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Onun evindən isə 5 kiloqram 288 qram marixuana aşkar edilərək götürülmüşdür.