DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini E.Xəlilinin “Mercedes” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən K.Əliyev avtomobillə birgə saxlanılmışdır

18.10.2020

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini E.Xəlili oktyabrın 16-dan 18-dək olan müddətdə Füzuli küçəsindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini K.Əliyev oktyabrın 18-də S.Vurğun küçəsində avtomobillə birgə saxlanılmışdır.