DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Salyan rayonu ərazisində Bakı şəhər sakini N.Hüseynovun idarə etdiyi avtomobilin qapısından metamfetamin, yük yerindən isə heroin və tiryək aşkar edilərək götürülmüşdür

18.10.2020

Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Bakı şəhər sakini N.Hüseynovun idarə etdiyi “BMW” markalı avtomobil rayon ərazisində saxlanılmışdır.

Avtomobilə baxış zamanı qapısından metamfetamin, yük yerindən isə N.Hüseynovun sərnişini Bakı şəhər sakini İ.Quliyevə məxsus 665 qram heroin və 480 qram tiryək aşkar edilərək götürülmüşdür.

Davam etdirilən tədbirlərlə N.Hüseynov və İ.Quliyev polis əməkdaşları tərəfindən saxlanılmışlar.