Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.10.2020Oktyabrın 16-da saat 14 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini F.Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Sevil Bəşirovanı vurmuşdur. Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.