Oğurluqda şübhəli bilinən Neftçala rayon sakini T.Əliyev və Cəbrayıl rayon sakini Z.Səfquliyev saxlanılmışdır
16.10.2020Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 13-də Keşlə dəmir yolu stansiyasının ərazisindən 1 ədəd DT-2-500 markalı transformator oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş T.Əliyev və Cəbrayıl rayon sakini Z.Səfquliyev saxlanılmışdır.