Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
16.10.2020Oktyabrın 16-da saat 19 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini T.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuşdur. Piyada xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.