Nəqliyyat vasitəsini qaçırmağa cəhd etməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Əsgərov saxlanılmışdır
14.10.2020Oktyabrın 14-də Gədəbəy RPŞ-yə Zəhmət kəndi ərazisindən kənd sakini F.Kərimova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılmasına cəhd göstərilməsi barədə bağlı məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmağa cəhd etməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əsgərov saxlanılmışdır.
Araşdırma aparılır.