Soyğunçuluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini E.Həsənov müəyyən edilərək saxlanılmışdır
14.10.2020Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Mövsümova oktyabrın 13-də saat 20 radələrində S.Vurğun küçəsində bir nəfərin ona zor tətbiq edib içərisində sənəd və bank kartı olan pulqabısını aldığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənov müəyyən edilərək saxlanılmışdır.