Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qobustan rayon sakinləri Murad Bəhramovun ölümündə, M.Abbasəliyevə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilmişdir

08.10.2020

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə oktyabrın 8-də saat 3 radələrində Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayon sakinləri Murad Bəhramov və M.Abbasəliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətilməsi, M.Bəhramovun orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilmişdir.