Tahir Tağıyevi qətlə yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilmişdir
08.10.2020Nərimanov RPİ-nin16-cı Polis Bölməsinə sentyabrın 24-də Tahir Tağıyevin qətlə yetirilmiş meyitinin yaşadığı mənzildə tapılması barədə daxil olmuş məlumatla əlaqdar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini E.Hüseynov saxlanılaraq istintaqa təhvil verilmişdir.