Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
08.10.2020Oktyabrın 8-də saat 7 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini E.İsbəndiyarov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini Xəzəngül Tağıyevanı vurmuşdur. Xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.