Nizami rayonunun H.Əliyev prospektində yol-nəqliyyat hadisəsi
07.10.2020Oktyabrın 7-də saat 11 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini Elyar Bağırov idarə etdiyi “Niva” markalı avtomobili işıq dirəyinə vurmuş və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Nizami RPİ tərəfindən araşdırma aparılır.