Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Hüseynov və T.Kalbalılı saxlanılmışdır
07.10.2020Xətai RPİ 34-cü Polis Şöbəsinə oktyabrın 1-ə keçən gecə rayon ərazisindəki köşklərin birindən 300 manat pul və 2200 manat dəyərində tütün məmulatının oğurlanması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri V.Hüseynov və əvvəllər məhkum olunmuş T.Kalbalılı saxlanılmışdır.
V.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 nəfərlə birgə daha 2 köşkdən ümumilikdə 2900 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlaması da müəyyən edilmişdir.Əməliyyat-axtarış tədbirləri davam etdirilir.