Yardımlı rayonunun Gendərə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
06.10.2020Oktyabrın 6-da saat 15 radələrində Yardımlı rayonunun Gendərə kəndi ərazisində Cəlilabad rayon sakini Təbriz Dadaşov idarə etdiyi “QAZ-31029” markalı avtomobili aşırmışdır. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yardımlı RPŞ tərəfindən araşdırma aparılır.