Tərtər şəhəri ərazisindəki mağazaların birindən oğurluq törətməkdə şübhəli bilinən İ.Məmmədli saxlanılmışdır
06.10.2020Tərtər RPŞ əməkdaşlarının və DİN Daxili Qoşunların hərbi qulluqçularının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 6-da şəhər ərazisindəki mağazaların birindən 4 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən rayon sakini İ.Məmmədli saxlanılmışdır.