Binəqədi rayonu ərazisində Bakı şəhər sakini E.Ramazanovun baş nahiyəsinə daşla vurub cibindən pulunu və mobil telefonunu götürməkdə şübhəli bilinən şəxslər saxlanılmışlar
21.09.2020Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Ramazanov sentyabrın 20-də M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində 2 nəfərin daşla onun baş nahiyəsinə vurub cibindən 75 manat pulunu və mobil telefonunu götürdüklərini bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Ə.Heydərov və F.Heydərov polis əməkdaşları tərəfindən saxlanılmışlar.