Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini S.İbayev saxlanılmışdır

19.09.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.İbayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 51 qramdan artıq metamfetamin götürülmüşdür.
Ətrafında aparılmış tədbirlərlə onun Aruz kəndi ərazisində gizlətdiyi “Ekol ES 66” markalı qaz tapançası və 139 ədəd patron da aşkar edilərək götürülmüşdür.