Bakı şəhər sakini P.Həzilinin idarə etdiyi avtomobildən 1 ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd bıçaq, 2 ədəd boş giliz, 1 ədəd dəyənək və üzərinə bıçaq tiyəsi bərkidilmiş alət aşkar edilərək götürülmüşdür
19.09.2020Suraxanı RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş P.Həzilinin idarə etdiyi “Mercedes” markalı avtomobil Hövsan qəsəbəsi ərazisində saxlanılmışdır. Baxış zamanı avtomobildən 1 ədəd qundağı kəsilmiş, nömrəsi silinmiş ov tüfəngi, 1 ədəd nömrəsi silinmiş pnevmatik tapança, 1 ədəd bıçaq, 2 ədəd boş giliz, 1 ədəd dəyənək və üzərinə bıçaq tiyəsi bərkidilmiş alət aşkar edilərək götürülmüşdür.