Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar şəhər sakini E.Əliyev saxlanılmışdır
10.09.2020Ucar RPŞ-yə müraciət edən şəhər sakini V.Məmmədov sentyabrın 10-da şəhər ərazisindən “VAZ-2107” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi E.Əliyev müəyyən edilərək avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Araşdırma aparılır.