Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılmış Bakı şəhər sakini Ş.Abdullayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib
10.09.2020Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Abdullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.
Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən 340 manat pul və 100 manat dəyərində boyunbağı, 1 aptekdən 250 manat dəyərində 4 ədəd eynək, C.Mustafayevə məxsus təmir-tikinti aləti, 1 həyətyanı sahədən isə 2 ədəd velosiped oğurlaması da müəyyən edilmişdir.