Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
09.09.2020Sentyabrın 9-da saat 10 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Günəhir kənd sakini A.Fərəcovun idarə etdiyi “Shacman” və İstisu qəsəbə sakini M.Kəlbiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur. Nəticədə M.Kəlbiyevin sərnişinlərindən Mahir Əhmədov hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdirilmişlər.Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.