Oğurluq etdiyinə görə Bakı şəhər sakini Z.Əliyeva saxlanılmışdır
09.09.2020Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.Ətrafında aparılmış tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilmişdir.