Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzəmməd kənd sakini M.İbrahimov saxlanılmış və ondan heroin aşkar edilərək götürülmüşdür
07.09.2020Xaçmaz RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mirzəmməd kənd sakini, əvvəllər məhkum olunmuş M.İbrahimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilmişdir.Davam etdirilən tədbirlərlə narkotik vasitəni ona satmaqda şübhəli bilinən Mürşüdoba kənd sakini, əvvəllər məhkum olunmuş F.Həsənovun evindən isə 510 qram heroin aşkar edilərək götürülmüşdür.