Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
07.09.2020Sentyabrın 7-də saat 15 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Murad Şərifov idarə etdiyi şəxsi “Saipa” markalı avtomobili yolun kənarında dayanmış şəhər sakini Ə.Soltanova məxsus “VAZ-2106” markalı avtomobilə vurmuş, zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil şəhər sakini Eldar Ələkbərova dəymişdir. Nəticədə E.Ələkbərov xəstəxanaya aparılarkən yolda ölmüş, Ə.Soltanov xəstəxanaya yerləşdirilmişdir.Şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.