Kustar üsulla hazırlanmış spirtli içkilər satmaq da şübhəli bilinən paytaxt sakini R.Zairov, Sumqayıt şəhər sakinləri Ş.Hüseynov, V.Ağababayev, Z.Fərəcov və Gəncə şəhər sakini Z.Əsədov saxlanılmışlar
28.08.2020Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A.Əhmədovu aldadaraq 550 manat dəyərində kustar üsulla hazırlanmış keyfiyyətsiz spirtli içkilər satması barədə müraiciət daxil olmuşdur.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R.Zairov, Sumqayıt şəhər sakinləri Ş.Hüseynov, V.Ağababayev, Z.Fərəcov və Gəncə şəhər sakini Z.Əsədov saxlanılmışlar.Faktla əlaqədar Cinayət Məcəlləsinin178.3.1-ci maddəsi (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanmışdır.