Sumqayıt şəhər sakini N.Vəlizadə,Bakı şəhər sakini E.Piri saxlanılmış və onlardan narkotik maddələr aşkar edilərək götürülmüşdür
28.08.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi və Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini N.Vəlizadə və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Piri Sumqayıt şəhəri ərazisində saxlanılmışlar. Şəxsi axtarış zamanı N.Vəlizadədən 1,7 kiloqram heroin, E.Piridən isə 1,3 kiloqram tiryək aşkar edilərək götürülmüşdür.