Yasamal rayonu ərazisində “Toyota” markalı avtomobildən oğurluq etməkdə şübhəli bilinən T.Həmidov saxlanılmışdır
23.08.2020Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 22-də rayon ərazisində “Toyota” markalı avtomobildən 2500 manat dəyərində qaz sayğacı, su mühərriki və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Həmidov saxlanılmışdır.