Salyan rayonunun Qırxçıraq kənd sakinləri E.Cəlalova və qardaşı Əlizaminə məxsus həyətyanı sahələrdən çətənə kolları və marixuana götürülmüşdür
23.08.2020Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qırxçıraq kənd sakinləri - əvvəllər məhkum olunmuş E.Cəlalova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 495 kiloqram çəkidə 474 ədəd çətənə kolu, 29 kiloqram 700 qram marixuana, qardaşı, əvvəllər məhkum olunmuş Əlizaminə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 92 ədəd çətənə kolu və 5 kiloqram 200 qram marixuana aşkarlanıb götürülmüşdür.