Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaraçuxur qəsəbə sakini M.Tağıyev saxlanılmış və ondan narkotik maddələr,elektron tərəzi aşkar edilərək götürülmüşdür

10.08.2020

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Suraxanı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Qaraçuxur qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Tağıyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 130 qram heroin, 171 qramdan artıq tiryək və 1 ədəd elektron tərəzi aşkar edilmişdir.Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı əlavə 7 kiloqram 66 qram heroin və 1 kiloqram tiryək də aşkar edilərək götürülmüşdür.