Lökbatan qəsəbəsindəki mağazaların birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini V.Urşanov saxlanılmışdır
10.08.2020Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən avqustun 10-da Lökbatan qəsəbəsi ərazisindəki mağazaların birindən 155 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş V.Urşanov saxlanılmışdır. Ətrafında aparılmış tədbirlərlə onun daha bir mağazadan 3150 manat dəyərində 4 ədəd televizor oğurlaması da müəyyən edilmişdir.