Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Şıxəliyev müəyyən edilərək saxlanılmışdır
10.08.2020Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə aavqustun 9-na keçən gecə İ.Səfərli küçəsindən “Nissan” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün polis əməkdaşları tərəfindən Nəsimi rayonunun C.Məmmədquluzadə küçəsində tapılmışdır.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şıxəliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmışdır.Araşdırma aparılır.