Soyğunçuluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Alyasov saxlanılmışdır
06.08.2020Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Ə.Rəcəbli küçəsində yerləşən avtomobillərin təmiri sexində işləyən F.Məmmədov avqustun 6-da bir nəfərin onun içərisində pulu və sənədləri olan pulqabısının açıq talama yolu ilə apardığını bildirmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Alyasov qısa müddətdə müəyyən edilərək saxlanılmışdır.
Binəqədi RPİ-də araşdırma aparılır.