Tərtər rayon sakini R.Rəsulova məxsus avtomobili qaçırmış V.Musayev polis əməkdaşları tərəfindən saxlanılmışdır
06.08.2020Tərtər Rayon Polis Şöbəsinə avqustun 6-da saat 19 radələrində Sarov kəndi ərazisindən kənd sakini R.Rəsulova məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən başlanılan əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin V.Musayev tərəfindən qaçırılması və idarə edilərkən aşırılması müəyyən edilmişdir.
V.Musayev polis əməkdaşları tərəfindən saxlanılmış, onun sərxoş halda olması müəyyən edilmişdir.Tərtər RPŞ-də araşdırma aparılır.