Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

04.08.2020

İyulun 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Q.Hüseynov müəyyən edilməmiş avtomobillə vurulmuşdur. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilmişdir.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xəzər RPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Piyadanın xəsarət alması ilə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin avtomobilin sürücüsü, Bakı şəhər sakini A.Kərimov polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.