Göyçay rayonunun Qəbələ-Müskürlü kənd sakini T.Əmircanovdan narkotik vasitələr götürülmüşdür
04.08.2020Göyçay RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Qəbələ-Müskürlü kənd sakini, əvvəllər məhkum olunmuş T.Əmircanovun yaşadığı evin həyətində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 1 kiloqram 480 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.