Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Rəşad Sadıqova kəsici-deşici alətlə ölümcül xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Xıdırov tutularaq istintaqa cəlb edilmişdir

03.08.2020

Avqustun 3-də saat 20 radələrində Bakı şəhər sakini Rəşad Sadıqovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və aldığı xəsarətlərdən orada ölməsi barədə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu cinayət əməlinin Bakı şəhər sakini İ.Xıdırov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Nərimanov rayon Prokurorluğunda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

03.08.2020 tarixinə olan kriminal məlumatlar