Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonunda yaşadığı evdə ov tüfəngi ilə ehtiyatız davrandığından açılmış atəşlə arvadına ölümcül xəsarət yetirmiş A.Osmanlı tutulmuş, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür

03.08.2020

Avqustun 4-də saat 1 radələrində Bakı şəhər sakini A.Osmanlının Qazax rayonunun Qaymaqlı kəndində yaşadığı evdə ov tüfəngi ilə ehtiyatız davrandığından açılmış atəşdən arvadı Maralın ölməsi barədə Qazax Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

A.Osmanlı tutulmuş, ondan müvafiq sənədləri olmayan ov tüfəngi götürülmüşdür.

03.08.2020 tarixinə olan kriminal məlumatlar