Bakı şəhər sakini S.Muradovun çantasını oğurlamaqda şübhəli bilinən Astara rayon sakini H.Şahbazlı və Bakı şəhər sakini İ.Hüseynli müəyyən edilərək saxlanılmışlar
24.07.2020Nizami RPİ (25-ci PŞ) və DİN ƏÇPA - İyulun 24-də paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birində orada işləyən Bakı şəhər sakini S.Muradovun içərisində 550 manat pul, mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri olan çantasının oğurlanması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olmuşdur. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Astara rayon sakini H.Şahbazlı və Bakı şəhər sakini İ.Hüseynli müəyyən edilərək saxlanılmışlar.