4 baş inəyi oğurlamaqda şübhəli bilinən Şəki sakinləri F.Səmədov və S.Pirməmmədov saxlanılmışlar
24.07.2020İyulun 23-nə keçən gecə Şəki rayonunun Yeni Çələbixan qəsəbə sakini M.Abdullayevin 4 baş inəyinin qəsəbənin otlaq sahəsindən oğurlanması barədə Şəki ŞRPŞ-yə müraciət daxil olmuşdur.Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki sakinləri F.Səmədov və S.Pirməmmədov saxlanılmışlar.