Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayon sakini C.Mirxanlıdan 8 kiloqram 445 qram heroin götürülmüşdür
19.07.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini C.Mirxanlı saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 305 qram heroin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı isə əlavə olaraq 8 kiloqram 140 qram heroin götürülmüşdür.