Kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu və 9 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür
19.07.2020Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yevlax rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli Havarlı kənd sakini Ş.Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu və 9 qramdan artıq marixuana aşkar edilərək götürülmüşdür.