Saatlı rayonunun Kamallı kəndində yaşayan R.Qənbərovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin anası Tavuz Fərman qızına dəyməsi və aldığı xəsarətdən ölməsi barədə məlumat daxil olmuşdur
18.07.2020İyulun 18-də Saatlı rayonunun Kamallı kəndində yaşayan əvvəllər məhkum olunmuş R.Qənbərovun evinin həyətində ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşin (qırma) anası Tavuz Fərman qızına dəyməsi və onun aldığı xəsarətdən hadisə yerində ölməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
R.Qənbərov saxlanılmış, ondan cinayətdə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülmüşdür.Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü maddəsi (Ehtiyatsızlıqdan adam öldürmə) ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.