Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləcəri qəsəbə sakini A.Qasımovdan 1 kiloqram 70 qram heroin götürülmüşdür
18.07.2020Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Biləcəri qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Qasımov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 70 qram heroin götürülmüşdür.